"Hamlet"(in) yuxusu - Samirə BEHBUDQIZI

Опубликовано: 30-04-2025 15:46

0
"Hamlet"(in) yuxusu - Samirə BEHBUDQIZI


Uilyam Şekspir... "Hamlet" mənzum pyesi... Və ya faciəsi... Yaxud "Danimarka şahzadəsi Hamletdən bəhs edən faciəli əhvalat". Bu müəllif (1564-1616) və onun həcmcə ən böyük əsəri (1599-1601-ci illər arası yazıldığı ehtimal edilir) varolmaları bəyan olunandan indiyə qədər və yəqin ki, bundan sonra da əsasən teatr rejissorlarının və aktyorlarının lakmus kağızı xassəsi qazanıblar - açıq etiraf edib-etməməsindən asılı olmayaraq hər bir rejissorun əsərinə quruluş verməyə ən çox can atdığı müəlliflərdən biri Şekspirdir. Aktyorların böyük əksəriyyəti isə yəqin ki, yuxuda tez-tez özlərini Hamlet obrazında görürlər. Bunu da hər bir aktyor kəlməbaşı etiraf etməsə də, hansısa məqamda ürəklərində bəslədikləri bu istək özünü büruzə verir. Şekspirin əsərinə öz dünyagörüşünə uyğun daha bir səhnə həyatı vermək, onun qəhrəmanlarından birini, ələlxüsus, Hamleti canlandırmaq özünütəsdiq aksiyasıdır sanki. Özü də bu özünütəsdiq həmkarların, tənqidçilərin, yaxud tamaşaçıların gözündə deyil, rejissorun və ya aktyorun özünün gözündə daha böyük əhəmiyyət kəsb edir, hətta deyərdim ki, yeganə önəm, vaciblik kimi qavranılır.

Прочитать полностью можно по ссылке https://edebiyyatqazeti.az/news/incesenet/13188-hamletin-yuxusu

Категория: ---