Поздравление со 100-летием от Vidadi Qafarov - AMEA Memarlıq və İncəsənət İnstitutu “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

Опубликовано: 18-12-2020 14:27

0 Səməd Vurğun adına Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının direktoru
Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə,
Baş rejissor, Xalq artisti Aleksandr Şarovskiyə


Hörmətli Ədalət müəllim və Aleksandr Yakovleviç!

20 dekabr 2020-ci tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının 100 yaşı tamam olur. Bu tarix təkcə sizin teatrın deyil, bütövlükdə Azərbaycanın müasir mədəniyyət tarixində əlamətdar bir hadisədir.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı 100 illik yubileyinə şərəfli tarixi yol keçərək gəlib çatıb. Dövlət Azad Tənqid və Təbliğ Teatrı adı ilə yaradılan səhnə ocağı, 1923-cü ildə Bakı Dövlət Rus İşçi Teatrı, 1937-ci ildə Azərbaycan Dövlət Qırmızı bayraqlı Rus Dram Teatrı, 1956-cı ildən etibarən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı kimi fəaliyyətini davam etdirib, 2019-cu ildə ölkə Prezidentinin Sərəncamı ilə Akademik statusuna layiq görülüb.



Категория: ---

Уважаемый посетитель, перед тем как начать писать комментарий к публикации помните:
Писать сообщения с ненормативной лексикой запрещено, такие сообщения будут удалены с сайта немедленно.

Добавление комментария

Имя:*
E-Mail:
Комментарий:
Введите два слова, показанных на изображении: *