
Xəyal qurmaq, o xəyalların gerçəkləşmək xüsusiyyətinin olduğuna inanmaq və bu gerçəkliyi yaxınlaşdırmağa doğru addımlamaq...
İnsanın uşaqlıq və yeniyetməlik yaşlarının səmt küləyindən əskik olmayan "yelkənli qayığı"dır sanki bu əhval...
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Azərbaycan Respublikası Prezidentinin Xalq yazıçısı, Dövlət Mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 13 fevral 2025-ci il tarixli Sərəncamının "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməsini" tövsiyə edən bəndini rəhbər tutaraq 1960-cı illərdən bəri repertuarının daimi müəlliflərindən biri olan mərhum yazıçı-dramaturq Maqsud İbrahimbəyovun 90 illik yubileyinə töhfə qismində "Xəyalın yaratdığı gələcək" ("Buduhee, kotoroe sozdaet meçta") tamaşasını hazırlayıb. Maqsud İbrahimbəyov adı XX əsrin İntibah dövrü adını qazanmış və doğrultmuş 1960-cı illər ədəbi nəsrinin ən parlaq nümayəndələrindən biri kimi ədəbiyyat tariximizə yazılıb.
https://edebiyyatqazeti.az/news/incesenet/13348-maqsud-ibrahimbeyovun-usaqligini-canlandiran-tamasa





































