"Öyrədərək Öyrənirəm" layihəsi bu dəfə Sumqayıt Dövlət Dram Teatrında

Опубликовано: 08-05-2025 22:02

0
"Öyrədərək Öyrənirəm" layihəsi bu dəfə Sumqayıt Dövlət Dram Teatrında


Layihə çərçivəsində rejissor, aktyor, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı Sumqayıt Dövlət Dram Teatrına ezam edilib.
İki etapdan ibarət olan layihə bir ay davam edir (6 May - 6 İyun) və bundan öncəki teatrlarda olduğu kimi, layihənin birinci hissəsi Ustad dərsləri, ikinci etapda isə teatrın truppası ilə tamaşa qurulacaq. Ustad dərsləri Vaxtanqov məktəbinin prinsipləri və Stanislavski sisteminin əsasında keçiriləcək. Birinci etapda yazıçı, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın "Qaravəlili" əsərinin əsasında "Təklif olunmuş vəziyyətlərin əsasında təxmin edilmiş vəziyyətlərdə OBRAZLARA ETÜDLƏR" olacaq. Bir həftə davam edəcək dərslərdən sonra aktyorlar təklif edilmiş vəziyyətlərə tam hali olduqdan və onlara həvalə edilmiş obrazları müxtəlif təxmin edilmiş vəziyyətlərə salıb test etdikdən sonra, tamaşanın quruluşuna və istehsalatına başlanılacaq.
Premyerası iyun ayının əvvəlinə nəzərdə tutulan tamaşa, Ustad Yevgeniy Vaxtanqova ithaf olunur.

Quruluşçu rejissor - Abdulla Elşadlı
Quruluşçu rəssam - Nizami Dadaşev
Musiqi tərtibatı - Abdulla Elşadlı
Rejissor assistenti - Rəvan Hüseynzadə

Категория: ---

Уважаемый посетитель, перед тем как начать писать комментарий к публикации помните:
Писать сообщения с ненормативной лексикой запрещено, такие сообщения будут удалены с сайта немедленно.

Добавление комментария

Имя:*
E-Mail:
Комментарий:
Введите два слова, показанных на изображении: *