О Театре
История
Спектакли
Труппа
Режиссёры
Художники

"Ulduz, sevgi və şampan şərabı"
XALQ YAZIÇISI ELÇİNİN "QATİL" ƏSƏRİ RUS DRAM TEATRINDA BU AD ALTINDA SƏHNƏLƏŞDİRİLİB

525-ci qəzet, 24/03/2006

RƏNA

    S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının paytaxt Moskva və Rusiyanın Belqorod, Bryansk və Oryol şəhərlərinə planlaşdırılan iki həftəlik ziyarəti haqda qəzetimizin ötən saylarında məlumat vermişdik. Xatırlatma olaraq qeyd edək ki, 1-11 noyabr tarixləri arasında baş tutan qastrol səfəri çərçivəsində rusiyalı seyrçilər M.F.Axundzadənin "Lənkəran xanının vəziri", A.P.Çexovun "Qağayı", Bayerin "Qarışıq hisslər" tamaşasını görmək imkanını qazanıblar.Bir neçə gün öncə vətənə dönən yaradıcı heyət təəssüratlarını bölüşmək məqsədilə dünən teatrda KİV nümayəndələrilə görüşdülər.
   Teatrın baş rejissoru Aleksandr Şarovski səfərin gerçəkləşməsində Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqı MDB və Baltik ölkələrində rus teatrlarına Dəstək Mərkəzinin, Rusiya Xarici İşlər Nazirliyinin və Rusiya prezidenti Vladimir Putinin rolunu vurğuladı:"Təxminən bir il öncə "Teatralğnae jiznğ" jurnalının baş redaktoru Oleq İvanoviç Pivavarov Bakıda səfərdə olarkən bizim teatrın repertuarı ilə yaxından tanış olmuşdu. Qeyd edim ki, Oleq Pivavarov Rusiyanın əməkdar incəsənət xadimi olmaqla yanaşı, teatr aləmində kifayət qədər nüfuza malik bir insandır. Bizim tamaşalardan aldığı məmnunluq hissi məhz məlum səfərə zəmin yaratdı. Səfərin baş tutub-tutmayacağı, demək olar ki, onun teatrlarımız haqda alacağı qənaətə bağlı idi...".
   Qeyd edək ki, Azərbaycanı təmsil edən teatrımız, sözün həqiqi mənasında, diqqəti mərkəzin üzərinə yönəltməyi bacarmışdı.
   Düzənlənən mətbuat toplantıları, Rusiyanın yerli kütləvi informasiya vasitələrinin aktiv şəkildə reallaşdırdığı təbliğat, mədəniyyət idarələrinin, o cümlədən, dövlət səviyyəsində keçirilən rəsmi görüşlər gəldiyimiz qənaətə əsas verir. Təbii ki, Rusiya mətbuatını maraqlandıran əsas suallar arasında rus teatrının Azərbaycanda fəaliyyət səviyyəsi, rus dilinə və rus məktəblərinə münasibət, ümumiyyyətlə, dövlətimizin mədəniyyətə və incəsənətə göstərdiyi qayğı və s. vardı. Hansı ki, baş rejissor Aleksandr Şarovski kifayət qədər dolğunluğu ilə cavablandırıb. Bildirib ki, Azərbaycan, özəlliklə də Bakı şəhəri beynəlmiləldir, müxtəlif millət və din nümayəndələri sülh şəraitində firavan yaşayır, rus dilinin tədrisinə və rus məktəblərinin mövcudluğuna dövlət tərəfindən heç bir təzyiqlər edilmir. Əksinə, orta və ali təhsil ocaqlarında rus dilinin tədrisi öz qüvvəsini saxlamaqla yanaşı, son illərdə rusdilli qəzetlərin say etibarilə çoxalması da təqdirəlayiqdir. Mədəniyyət sahəsi, xüsusilə də teatrın repertuar siyasəti, yaradıcı truppanın professional kadrlarla zənginləşməsi, həmçinin maddi problemlərə dair suallara gəlincə, teatr rəhbərliyi MBD ölkələrində olduğu kimi, Azərbaycanda da bənzərliklərin olduğunu bildirib. Və əlavə edib ki, gənc kadrların professional pilləyə yüksəlməsində S.Vurğun adına Rus Dram Teatrının nəzdində fəaliyyət göstərən studiyanın rolu danılmazdır.
   Maraqlıdır ki, tamaşaları ilə hər kəsi heyran edən yaradıcı kollektivin bəs bu səfərdən gözlədikləri və qazancları nələr oldu? Teatrın direktoru Marat İbrahimovun fikrincə, əsas məqsədimiz Azərbaycan teatrını tanıtmaq, sevdirmək idi. Hansı ki, buna nail olduq. Eyni zamanda, fərqli tamaşaçı zalının atmosferini, fərqli seyrçi ruhunu hiss etmək ehtiyacımızı ödəmiş olduq. Bundan başqa, müxtəlif şəhərlərə səfər edən gənc aktyorlara auditoriyanın fərqliliyini, müxtəlifliyini göstərmək, yəni professional çalışmalar varsa, məkanından asılı olmayaraq hər yerdə sevilmək, layiqincə dəyərləndirmək şansının yüksək olması düşüncəsini anlatmaq və aşılamaq idi.

В начало

назад

Новости
Гостевая Книга
Репертуар
Гости
Пресса О Театре

Автор всех фото-материалов на сайте - Ольга Мамедова.

Поддержка и Дизайн: "DreamArt"
webmaster@rusdrama-az.com


Rambler's
Top100
be number one Rambler's Top100 world1000 Bakililar.az Top Sites