Məbud Məhərrəmov: "Rafaellə Coşqunun oynadığı qadın rolları pis deyil" — MÜSAHİBƏ

Опубликовано: 22-03-2019, 15:46, посмотрело: 131

0
Məbud Məhərrəmov: "Rafaellə Coşqunun oynadığı qadın rolları pis deyil" — MÜSAHİBƏ


1988-ci ilin yeni il gecəsində efirə çıxan “Yaşıl eynəkli adam” tamaşası çoxlarının yadındadır. Əsasən Sovet dövrünün insanları onun qeyri-adi obrazını çox bəyənmişdilər. Elə özünün dediyi kimi, ilk baxışdan öz xarizmasıyla “Bizim Qarik” böyük tamaşaçı kütləsi tərəfindən çox sevilmişdi. Sonradan onun dediyi bütün sözlər xalq arasında məsəllərə çevriləcəkdi.

Müsahibə almaq üçün Məbud müəllimlə zəngləşib, Rus Dram teatrına yollandım. Yolboyu verəcəyim sualları dəfələrlə oxuyub, əzbərləyirdim. Özümə arxayın deyildim, düşünürdüm ki, Məbud Məhərrəmovu qarşımda görəndə çox həyacanlanacam. Başqa cür ola da bilməzdi, uşaqlıqdan mavi ekranlarda gördüyüm insanı bu gün qarşımda canlı görüb, söhbət edəcəkdim. İllərin peşəkar aktyorunun özündənrazı olacağını düşünsəm də, gözlədiyimin tam əksi oldu.

Teatra çatıb, Məbud müəllimə zəng vururam, gəldiyimi söyləyirəm. Mehribanlıqla məndən gözləməyimi xahiş edir. Budur xalqın sevimlisi, sadə insan məni özü qarşılayır. Həyəcanlıdır deyəsən, mənim kimi. Üzürxahlıq edir, hazırda məşqin olduğunu, məni bir balaca gözlədəcəyini deyir. Birdən geri qayıdıb, məni çağırır. "Sizi də zala aparmaq istəyirəm, orada oturub məşqə baxarsınız, belə darıxmazsınız" deyir. Elə məşqin başlanması ilə mən sanki sehrli aləmə düşürəm. Səhnə insanı necə də alıb-aparır. Sanki mən zalda deyil, elə səhnədəyəm. Oturduğum kürsüdən baxanda Məbud Məhərrəmovun səhnəyə sevgisini, doğmalığını görürəm.

Məşq bitdikdən sonra müsahibə üçün qrim otağına qalxırıq. Məbud müəllim burada da məni öz sadəliyi ilə təəccübləndirməyi bacarır. Mənə qəhvə təklif edir, əvvəl utanıram və imtina edirəm. Onun təkidi ilə razılaşıram. Və maraqlı söhbətimiz başlayır..

Читать полностью http://olke.az/news/detail/mebud-meherremov-rafaelle-cosqunun-oynadigi-qadin-rollari-pis-deyil-musahibe-151992

Категория: ---

Уважаемый посетитель, перед тем как начать писать комментарий к публикации помните:
Писать сообщения с ненормативной лексикой запрещено, такие сообщения будут удалены с сайта немедленно.

Добавление комментария

Имя:*
E-Mail:
Комментарий:
Введите два слова, показанных на изображении: *